Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı
24 Oct 2026, 21:22
2 baxış
Admin
Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə magistral yolun Goranboy rayonunun Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Changan" markalı minik avtomobili yolu keçmək istəyən kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
news24.az