Kriminal

Ceyhunun öldüyü kütləvi dava: Tanınmış idmançı saxlanıldı

24 Oct 2026, 18:03 2 baxış Admin
Ceyhunun öldüyü kütləvi dava: Tanınmış idmançı saxlanıldı

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava baş verib. Hadisəyə görə 9 nəfər saxlanılıb, onların arasında deputar Arzuxan Əlizadənin oğlu Əhməd də var.

News24az xəbər verir ki, saxlanılanlardan biri də Xəyyam Səfixanovdur.

Tanınmış idmançı, universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olan Xəyyam Səfixanov daha əvvəl də məhkumluq həyatı yaşayıb.

Qeyd edək ki, X.Səfixanov 2021-ci ildə də həbs edilib. Həmin vaxt onun üzərindən narkotik vasitə aşkarlanmışdı. 2017-ci ildə isə X.Səfixanov Bakının Nərimanov rayonunda baş verən silahlı insidentə görə həbs edilmişdi. Həmin vaxt idmançıya 2 il 6 ay həbs cəzası verilmişdi.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər