Kriminal

"Şevrolet" piyadaları vurdu, sonra yandı - Foto

24 Oct 2026, 16:17 1 baxış Admin
"Şevrolet" piyadaları vurdu, sonra yandı - Foto

Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

N xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, idarəetmədən çıxan "Şevrolet" markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb.

Qəza nəticəsində üç nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Yanğın söndürülüb, alovun ətrafdakı digər avtomobillərə keçməsinin qarşısı alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.//report

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər