İqtisadiyyat

Azərbaycana xarici investisiya qoyuluşu kəskin artdı

24 Oct 2026, 18:44 1 baxış Admin
Azərbaycana xarici investisiya qoyuluşu kəskin artdı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 537,2 milyon manat​​​​​ vəsait yönəldilib.

News24.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 18,3 % çoxdur.

Hesabat dövründə xarici investisiyaların 3 milyard 433 milyon manatı (97,1 %-i) Böyük Britaniya, Türkiyə, BƏƏ, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa, Hindistan və Çin sərmayədarlarına məxsus olub.

Qeyd edək ki, yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 % çoxdur.

O cümlədən, son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu 30,8 % artaraq 4 milyard 875,2 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu isə 3,1 % artaraq 9 milyard 813,4 milyon manat təşkil edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər