Sabahdan bəzi gömrük rüsumları 20 dəfə artırılacaq
22 Oct 2026, 12:06
4 baxış
Admin
Sabahdan Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər qüvvəyə minəcək.
News24.az-ın məlumatına görə, bəzi məhsullar üzrə ixrac gömrük rüsumları 20 dəfə artırılacaq.
Qərara əsasən, ölkədən ixrac olunan vint, bolt və qaykaların hər 1 000 kiloqramına görə gömrük tarifi 2029-cu ilin sonuna qədər 15 ABŞ dollarından 300 ABŞ dollarına qaldırılıb.
Qərar sentyabrın 22-də imzalanıb.
Mənbə:
news24.az