İqtisadiyyat

“Azeri Light”ın qiyməti 120 dollara yaxınlaşdı

22 Oct 2026, 10:48 4 baxış Admin
“Azeri Light”ın qiyməti 120 dollara yaxınlaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 dollar və ya 0,02% artaraq 119,7 ABŞ dolları olub.

Qeyd edək ki, ötən gün neftimiz 119,68 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər