Sürücülərin nəzərinə: Oktyabrın 25-də...
24 Oct 2026, 18:38
1 baxış
Admin
Sabah yollarda gözlənilən vəziyyət açıqlanıb.
"Bakupost" Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, oktyabrın 25-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.
Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin pisləşəcəyi gözlənilir.
Belə ki, sabah magistral yollarda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Mənbə:
bakupost.az