Yeni pandemiya qapıda? - Dünya narahatdır
26 Sep 2026, 18:47
4 baxış
Admin
Yeni tənəffüs yolu patogenin ortaya çıxması COVİD-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər.
"Bakupost" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O, bu ssenarini ciddi narahatlıq doğuran səbəb kimi göstərib.
ÜST-in baş direktorunun sözlərinə görə, növbəti pandemiya gec-tez baş verəcək - yeganə sual nə vaxt baş verəcəyidir.
"Məni gecələr oyaq saxlayan qorxulardan biri də yeni tənəffüs yolu patogeninin ortaya çıxmasıdır. Və bu da öz növbəsində COVİD-in yaratdığı nəticələrə bənzər nəticələrə səbəb ola bilər", - deyə o bildirib.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Bakupost”a bildirib ki, ÜST rəhbərliyi tərəfindən səsləndirilən narahatçılıq əbəs deyil:
“Belə təhlükələrə ciddi yanaşmalıyıq. Məsələ ondadır ki, COVİD19-dan öncə bəşəriyyəti qrip pandemiyasının gözlədiyi proqnozlaşdırılır. Nə vaxtsa onun da “ispan qripi” formasında olacağı gözlənilir. Çünki qrip hava-damcı yolu ilə yayılır. Bu hal həmişə gözlənilir, aktual olaraq qalır. Ona görə də yeni-yeni sürprizlərlə üz-üzə qala bilərik. Hər il ondan 1 milyona yaxın insan ölür. Ona görə də qabaqlayıc,ı ciddi tədbirlər görülməlidir”.
Rüfət Sultan,BakuPost
Mənbə:
bakupost.az