Ermənilər Ağrı dağında rəqs etdi
26 Aug 2026, 15:45
2 baxış
Admin
Ermənistandan gələn alpinistlər Ağrı dağının zirvəsində rəqs edib.
"Bakupost" “Yeni Sabah”a istinadla xəbər verir ki, “Koçari” rəqsi ilə çəkilən görüntülər Türkiyə mediasında geniş müzakirə olunub.
Alpinistlərin Ağrı dağı barədə “Ararat” ifadəsi işlətməsi türk izləyiciləri xeyli qıcıqlandırıb.
Xatırladaq ki, Ermənistandan olan turistlərin və alpinistlərin Böyük Ağrı və Kiçik Ağrının zirvəsinə hər il ənənəvi səfəri baş tutur. Məsələ Türkiyə ictimaiyyətində tez-tez gündəmə gəlsə də, bir çoxları bunu sadəcə “mədəni yaxınlaşma” kimi qəbul edir.
Mənbə:
bakupost.az