Dünya

Lavrov Xameneinin öldürülməsindən danışdı

26 Sep 2026, 21:02 1 baxış Admin
Lavrov Xameneinin öldürülməsindən danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın ali lideri Ayətullah Əli Xameneinin öldürülməsini zorakı diktaturanın qəbuledilməz təzahürü adlandırıb.


"Bakupost" "Unikal"a istinadla xəbər verir ki, nazir bu açıqlamanı BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi debatlarında verib.
Lavrovun sözlərinə görə, Rusiya həmçinin Xamenei ailəsinin üzvlərinin və İslam Respublikasının hərbi və siyasi rəhbərliyinin nümayəndələrinin öldürülməsini qəbuledilməz hesab edir: "Biz İranın Ali Lideri Ayətullah Əli Xamenei və onun ailə üzvlərinin, eləcə də İslam Respublikasının hərbi və siyasi rəhbərliyinin üzvlərinin öldürülməsini zorakı diktaturanın qəbuledilməz təzahürü hesab edirik".
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər