Mehriban Xanlarova buna görə verilişlərə getmir
26 Sep 2026, 22:58
1 baxış
Admin
Əməkdar artist Mehriban Xanlarova bir müddətdir verilişlərdə görünməməsinin səbəbini açıqlayıb.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, aktrisa bu barədə canlı yayımda olarkən danışıb.
O, hazırda işləmədiyini və yalnız sənəti ilə məşğul ola biləcəyini deyib.
"İşləmirəm. Sənətimi bilirsiniz, aktrisalıqdan başqa heç nə işləyə bilmərəm. Küsmüşəm, özümə qapanmışam. Ona görə efirə çıxmıram", - deyə M.Xanlarova bildirib.
Mənbə:
bakupost.az