Digər

Ayaqqabı seçərkən bunlara diqqət edin: ayaq sağlamlığını qorumağın yolları

26 Sep 2026, 21:30 1 baxış Admin
Ayaqqabı seçərkən bunlara diqqət edin: ayaq sağlamlığını qorumağın yolları

Ayaqların çox tərləməsi və ayaqqabının kifayət qədər hava keçirməməsi nəm mühiti sevən mikroorqanizmlərin çoxalmasına şərait yaradır. Bu isə xüsusilə dəri həssas olan insanlarda göbələk infeksiyası və digər dəri problemlərinə səbəb ola bilər.

News24.az xəbər verir ki, mütəxəssislər ayaqqabı seçərkən yalnız görünüşə deyil, onun hava keçirmə xüsusiyyətinə və ayağa uyğunluğuna da diqqət yetirməyi tövsiyə edirlər. Ayağı sıxan və hava keçirməyən materiallar tərin buxarlanmasına mane olur, xüsusilə barmaqların arasının uzun müddət nəm qalmasına səbəb olur.

Ayaqqabının burun hissəsinin geniş olması da vacibdir. Dar modellər barmaqları sıxaraq sürtünmə, qıcıqlanma, qaşınma və yanma yarada bilər. Buna görə barmaqların rahat hərəkət edə bildiyi ayaqqabılara üstünlük vermək məsləhətdir.

Eyni ayaqqabını hər gün ardıcıl geyinmək də tövsiyə olunmur. Ayaqqabının içərisində toplanan nəmin quruması üçün onu növbəli şəkildə geyinmək və havalandırmaq lazımdır. Təri yaxşı hopduran corablardan istifadə etmək və onları hər gün dəyişmək də ayaq gigiyenası baxımından əhəmiyyətlidir.

Ayaqda uzun müddət davam edən qaşınma, qızartı, qabıqlanma və barmaq aralarında soyulma müşahidə olunarsa, səbəbi yalnız ayaqqabı ilə əlaqələndirmək düzgün deyil. Göbələk infeksiyası və ekzema oxşar əlamətlər yarada bildiyi üçün belə hallarda düzgün diaqnoz və müalicə üçün dermatoloqa müraciət etmək tövsiyə olunur. (Demokrat.az)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər