Dünya

Tramp-Putin bazarlaşması: Ağ Ev Zelenskini

26 Sep 2026, 19:19 5 baxış Admin
Tramp-Putin bazarlaşması: Ağ Ev Zelenskini

ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya müharibəsinin dayandırılmasına nail olmaq üçün ələ düşən bütün fürsətlərdən yararlanmağa çalışır. Bu dəfə Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə çağırıb.
"Bakupost" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.Lakin Zelenski BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti ilə keçirdiyi görüş zamanı bu təklifi rədd edib. Ukrayna liderinin mövqeyinə bələd olan şəxslərin sözlərinə görə, Trampın bu məsələni qaldırması onu məyus edib.Qeyd edək ki, sentyabrın 23-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Volodimir Zelenskini Vladimir Putinlə görüşmək üçün Moskvaya dəvət edib. Bu fonda o bildirib ki, Rusiya tərəfi ona lazımi təhlükəsizlik təminatları verəcək. Tramp da öz növbəsində Kremlin istəyinə uyğun çıxış edərək, Zelenskini Moskvaya getməyə çağırıb. Konfliktoloq Üzeyir Şəfiyev “Bakupost”a bildirib ki, Donald Tramp Amerikanın aneksiya siyasətinə haqq qazandırmaq üçün Rusiya kimi geosiyasi gücün anoloji hərəkətlərinə də eyni müstəvidən yanaşır: “Yəni Tramp gücün hüququnu diktə edir və geosiyasi arenada daha çox ABŞ-Rusiya qütblərini konfiqurasiya etmək istəyir. Tramp prosesə qoşulandan üzü bəri taktiki səhvlərə yol verərək, əksər hallarda məhz Putinə dəstək verib”.
Bu da konfliktoloqa görə, onu göstərir ki, Tramp qlobal miqyasda güc balansını Rusiya ilə bölüşməkdə maraqlıdır, nəinki Çinlə:
“Zelenskini danışıq aparmaq üçün Moskvaya getməyə çağırmaqda da məqsədi onu kapitulyasiyaya sürükləməkdir. Bu isə Trampla Putinin təsir zonalarını bölüşdürməklə bağlı danışıq aparmalarından xəbər verir. Görünür, onlar arasında bu istiqamətdə hansısa bir qarşılıqlı anlaşma, siyasi bazarlaşma da var. Ola bilsin Tramp sözügedən bölgədə Putin üçün bəzi imkanlar tanıyıb. Əvəzində Putin də bəzi məsələlərdə Trampa loyal yanaşır”.
Müsahibimiz Zelenskinin Trampın çağırışını müsbət cavablandıracağını düşünmür:
“Tramp Zelenskini buna məcbur edə bilməyəcək. Bu Trampın həll edə biləcəyi məsələ deyil”.
Ekspertin sözlərinə görə, Tramp əslində bu çağırışla öz imicinə növbəti dəfə zərbə vurub:
“Nəticədə o, ABŞ-nin konfliktin çözülməsi missiyasına problem yaratdı”.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər