FİFA-dan “Fənərbağça”ya qadağa
26 Sep 2026, 11:45
1 baxış
Admin
FİFA Türkiyənin “Fənərbağça” futbol klubuna transfer qadağası tətbiq edib.
"Bakupost" xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, İstanbul təmsilçisi növbəti 3 transfer pəncərəsi ərzində yeni oyunçu qeydiyyata ala bilməyəcək.
Transfer qadağası 25 sentyabr 2026-cı ildən qüvvəyə minib.
Eyni zamanda qeyd olunub ki, müvafiq ödənişlər ediləcəyi təqdirdə, sanksiya ləğv ediləcək.
Mənbə:
bakupost.az