"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib oldu - YENİLƏNDİ
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.
News24.az xəbər verir ki, son olaraq ikinci əsas yarış baş tutub.
Mübarizədə “Rodin Motorsport” komandasının pilotu Aleks Dann bütün rəqiblərini geridə qoyaraq qalib gəlib.
Qeyd edək ki, ötən gün “Formula 2”də “Dams Lukas Oil” komandasından Dino Beqanoviç sprint yarışının, “Rodin Motorsport”dan Aleks Dann isə birinci əsas yarışın qalibi olub.
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışı isə bu gün saat 15:00-da başlayacaq.
***
11:24
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin ikinci əsas yarışı başlayıb.
News24.az xəbər verir ki, mübarizəyə saat 11:00-da start verilib.
Qeyd edək ki, ötən gün "Formula 2"də "DAMS Lucas Oil" komandasının pilotu Dino Beqanoviç sprint yarışının, "Rodin Motorsport" pilotu Aleks Dann isə birinci əsas yarışın qalibi olub.
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışı isə bu gün saat 15:00-da başlayacaq.