Dünya “El Nino” ilə üz-üzə: 451 min nəfərin öləcəyi deyilir
24 Sep 2026, 16:17
2 baxış
Admin
İqlim hadisəsi “El Nino” ilə bağlı yeni araşdırmada 9 ay ərzində 451 minə qədər insanın istilər səbəbindən həyatını itirə biləcəyi bildirilib.
“Bakupost” xəbər verir ki, Çikaqo Universitetinin hesabatına görə, 2026-cı ilin iyunundan 2027-ci ilin fevralına qədər davam edəcəyi gözlənilən “El Nino” dünya üzrə temperaturun yüksəlməsinə, quraqlıq, meşə yanğınları və su çatışmazlığının artmasına səbəb ola bilər.
Tədqiqatçılar ən çox ölüm hallarının Afrikanın Sahel bölgəsi, Cənubi və Cənub-Şərqi Asiya, eləcə də Latın Amerikasının bəzi ərazilərində qeydə alına biləcəyini proqnozlaşdırırlar.
Mütəxəssislər hökumətləri təhlükəli temperatur yüksəlişlərindən əvvəl tədbirlər görməyə çağırırlar. BMT də “El Nino” hadisəsinin qlobal sağlamlıq üçün ciddi təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az