Ayın səthində nəhəng krater aşkarlandı
Ayın səthində nəhəng krater aşkarlanıb.
News24.az xəbər verir ki, NASA-nın kosmik aparatı Ayın səthində diametri təxminən 222 metr olan nəhəng krater aşkar edib.
Məlumata görə, kraterin dərinliyi 43 metrə çatır. Alimlərin fikrincə, bu nəhəng çökəklik kosmik cismin Ayın səthinə yüksək sürətlə çırpılması nəticəsində yaranıb.
Mütəxəssislər belə kəşflərin Ayın səthində baş verən proseslərin və onun geoloji tarixinin daha yaxşı öyrənilməsinə imkan verdiyini bildirirlər.
NASA-nın əldə etdiyi məlumatların Ayın gələcək tədqiqatları üçün də əhəmiyyət daşıdığı qeyd olunur.
Nuray