Dünyanın ən quraq səhrası çiçəklərlə örtüldü- FOTO
23 Sep 2026, 16:49
2 baxış
Admin
Çilidə dünyanın ən quraq ərazilərindən biri olan Atakama səhrasında nadir təbiət hadisəsi baş verib.
News24.az xəbər verir ki, güclü yağışlardan sonra səhrada milyonlarla toxum cücərərək geniş ərazilərin çiçəklərlə örtülməsinə səbəb olub.
Məlumata görə, bəzi ərazilərdə yağıntının miqdarı 180 millimetrdən çox olub. Oktyabr ayında çiçəklərin təxminən 15 min hektar ərazini əhatə edəcəyi gözlənilir. /Euronews/
Nuray Şirinova
Mənbə:
news24.az