Kriminal

Yeni doğulan nəvəsini xəstəxanadan çıxanda öldürüb

23 Sep 2026, 17:16 2 baxış Admin
Yeni doğulan nəvəsini xəstəxanadan çıxanda öldürüb

Naxçıvanda yeni doğulan körpəni öldürən 1974-cü il təvəllüdlü K.S-nin məhkəmə prosesi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dəhşətli faktlar üzə çıxıb.

Məlum olub ki, qadının öldürdüyü körpə onun öz qızı tərəfindən dünyaya gətirilib. 52 yaşlı təqsirləndirilən şəxsin ağlasığmaz cinayətinə səbəb isə körpənin nikahdankənar doğulması olub.

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində doğulan uşaq evə aparılan zaman avtomobildə boğularaq öldürülüb. Qadın uşağın səsinin eşidilməməsi üçün sürücüdən maqnitofona səs verilməsini istəyib.

Körpəni üzü üstə çevirən qadın uşağın ağız və burun boşluğunu sağ qolunun iç səthinə sıxmaqla onun tənəffüs prosesinin qarşısını alıb, təxminən 10-15 dəqiqə həmin vəziyyətdə saxlayaraq öz cinayətkar əməlini gerçəkləşdirib.

Babək rayonunda kəndə çatdıqdan sonra isə təqsirləndirilən şəxs uşağın meyitini əvvəlcə yardımçı tikilidə gizlədib, daha sonra onu həyətdə tualetin quyusuna atıb.

Sonradan əməli ifşa olunan qadın el içində rüsvay olmamaq üçün bu yola əl atdığını bildirib.

Sonda K.S Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi üzrə təsirli bilinib. Oğlan nəvəsini  qəsdən öldürən nənə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər