"Böyük liderdir" - Mask Si Cinpini təriflədi
23 Sep 2026, 16:44
1 baxış
Admin
Amerikalı milyarder İlon Mask Çin Sədri Si Cinpin ilə ölkənin böyük inkişaf əldə etdiyini bildirib.
News24.az xəbər verir ki, Mask Si Cinpini “böyük lider” adlandırıb.
“Si Cinpin böyük lider təəssüratı yaradır. Çin onun hakimiyyətdə olduğu müddətdə böyük rifaha nail olub. Mən bunu öz gözlərimlə görmüşəm. Onun böyük qabiliyyəti və nailiyyətləri var”, – deyə iş adamı bildirib.
Maskın sözlərinə görə, Çində hər il infrastruktur sahəsində genişmiqyaslı dəyişikliklər baş verir. O, sözügedən ölkəyə səfərlərində Çin vətəndaşlarının rifah səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını müşahidə etdiyini vurğulayıb.
Mənbə:
news24.az