Dünya

Lavrov Nyu-Yorkda Rubio ilə görüşəcək

22 Sep 2026, 18:40 1 baxış Admin
Lavrov Nyu-Yorkda Rubio ilə görüşəcək

Sentyabrın 23-də Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında Nyu-Yorkda görüş gözlənilir. “Bakupost” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov bunu TASS-a verdiyi müsahibədə bildirib.
"Bildiyim qədəri ilə Sergey Lavrovun Marko Rubio ilə görüşü sentyabrın 23-nə planlaşdırılıb", - deyə diplomat qeyd edib.Lavrovun Baş Assambleya çərçivəsində digər Qərb nümayəndələri ilə ikitərəfli görüşlərinin perspektivlərilə bağlı suala cavabında isə Loqvinov qeyd edib ki, "müvafiq sorğular daxil olarsa", o cümlədən Qərb nümayəndələrindən, Rusiya tərəfi nazirin Nyu-Yorkdakı cədvəlini nəzərə alaraq onları nəzərdən keçirəcək.
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası 22-28 sentyabr tarixlərinə qədər davam edəcək.
Rüfət Sultan,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər