Cəmiyyət

Metronun 2 stansiyası nə vaxta kimi ödənişsiz olacaq? -

22 Sep 2026, 18:49 2 baxış Admin
Metronun 2 stansiyası nə vaxta kimi ödənişsiz olacaq? -

Metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına ödənişsiz girişin ən azı bir ay davam etməsi gözlənilir.


"Bakupost" xəbər verir ki, bunu APA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
O qeyd edib ki, ödənişsiz rejimin nə qədər davam edəcəyi aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq.
"Əminik ki, bunun uzun müddət davam etmək imkanı var. Amma ən azı bir ay, yəqin ki, olacaq", - Bəxtiyar Məmmədov bildirib.
Qeyd edək ki, Bakı Metropoliteni QSC sentyabrın 23-dən "Xocəsən" və "Avtovağzal" stansiyalarına girişin müvəqqəti pulsuz olacağını bildirib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər