Dünya

Tramp “cəhənnəm sanksiyaları” ilə bağlı açıqlama verdi

22 Sep 2026, 19:56 2 baxış Admin
Tramp “cəhənnəm sanksiyaları” ilə bağlı açıqlama verdi

ABŞ Rusiya və İranın neft-qaz ixracına qarşı qəbul edilmiş və mətbuatda “cəhənnəm sanksiyaları” adlandırılan qanun çərçivəsində ona verilən yeni geniş səlahiyyətlərdən zərurət yaranacağı təqdirdə istifadə edə bilər.

News24.az xəbər verir ki, bunu Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı deyib.

“Ötən həftə senator Lindsi Qremin şərəfinə Konqres tərəfindən qəbul edilmiş və mənə tariflər sahəsində böyük yeni səlahiyyətlər verən güclü qanunu imzaladım. Əgər zərurət yaranarsa, onlardan istifadə etməli olacağam”, - o bildirib.

Sentyabrın 18-də Tramp ABŞ Konqresi tərəfindən qəbul edilmiş və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Söhbət əsas müəllifi amerikalı senator Lindsi Qrem olan sənəddən gedir. Təşəbbüs Rusiya siyasi və hərbi rəhbərliyinin yüksək vəzifəli şəxslərinə, dövlət şirkətlərinə qarşı məhdudiyyətlər, həmçinin Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edilməsini nəzərdə tutur.

Qanun layihəsinin mətninə əsasən, ABŞ Rusiyanın neft və qazının əsas alıcıları olan ölkələrə 100 faizə qədər gömrük rüsumları tətbiq edə bilər. Bundan əlavə, İran əleyhinə sanksiyaların sərtləşdirilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulur.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər