Ərdoğanın çıxışına dözməyib zalı tərk etdilər - VİDEO
22 Sep 2026, 20:32
1 baxış
Admin
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Fələstin məsələsinə toxunub.
News24.az xəbər verir ki, bu zaman İsrail nümayəndə heyəti zalı tərk edib.
Türkiyə Prezidenti Fələstin lideri Mahmud Abbasın ötən il olduğu kimi bu il də Baş Assambleyada şəxsən iştirak etmədiyini bildirərək, Fələstin xalqının səsini BMT tribunasından dünyaya çatdırmağa davam edəcəklərini deyib.
“Azad və suveren Fələstin Dövlətinin, Fələstin xalqının səsi olmağa, onların mübarizəsini bu tribunadan dünyaya duyurmağa davam edəcəyik”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti Fələstin Dövlətini hələ tanımayan ölkələri də mövqelərinə yenidən baxmağa çağırıb. (Unikal)
Mənbə:
news24.az