"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
22 Sep 2026, 22:22
2 baxış
Admin
Şair Nazilə Səfərli pandemiya dövründə evindən külli miqdarda qızılının oğurlandığını açıqlayıb.
News24.az xəbər verir ki, o, bu barədə "Qonaqcanlı" proqramında danışıb. N.Səfərli bildirib ki, həmin vaxt evindən təxminən 15 min dollar dəyərində qızıl əşyaları yoxa çıxıb:
"Polis dedi ki, evinə gələnlərin adını verməlisən. Evimə gələnlərə o qədər hörmətim var idi ki, susdum. Dedim, hamının adını çəksəm, evimə sonra kim gələr? Bilmirəm onu kim edib, amma həmin adam evin içindən olub". (Bakupost.az)
Mənbə:
news24.az