Cəmiyyət

Bakını bu küçələrində işıq olmayacaq

22 Sep 2026, 23:22 1 baxış Admin
Bakını bu küçələrində işıq olmayacaq

Sentyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Yeni Yasamal 2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

News24.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər