Almaniyadakı ABŞ aviabazasında hərbi təyyarə qəzaya uğradı
22 Sep 2026, 20:56
2 baxış
Admin
Almaniyanın qərbində ABŞ-yə məxsus aviabaza ərazisində hərbi təyyarə qəzaya uğrayıb.
"Bakupost" xəbər verir ki, bu barədə SWR nəşri məlumat yayıb.
Məlumata görə, hadisə Reynland-Pfalts əyalətində yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin Şpangdalem aviabazasında baş verib. İlkin məlumata əsasən, azı bir nəfər xəsarət alıb.
Qeyd olunub ki, hadisədən əvvəl bazadan iki təyyarə havaya qalxıb. Onlardan birinin qəzaya uğradığı ehtimal edilir. Hadisə yerinə təcili yardım xidmətləri göndərilib. Alman yanğınsöndürənləri əvvəlcə aviabazaya çağırılıb, lakin hadisənin birbaşa ABŞ obyektinin ərazisində baş verdiyi məlum olduqdan sonra geri çağırılıblar.
Mənbə:
bakupost.az