Donald Tramp Marko Rubioya yeni vəzifə verdi
22 Sep 2026, 22:20
1 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubionun milli təhlükəsizlik üzrə müşavir təyin edilməsi haqqında fərman imzalayıb.
"Bakupost" xəbər verir ki, bu barədə CNN və "The Hill" jurnalistləri bildirirlər.
Rubio ötən ilin may ayından ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edirdi. O, bu postda ABŞ-nin BMT-dəki nümayəndəsi olan Mayk Uoltsu əvəzləyib.
Bu, ABŞ tarixində hər iki vəzifənin birləşdirildiyi ilk hal deyil. Prezident Riçard Niksonun dövründə dövlət katibi Henri Kissincer eyni zamanda onun milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edib.
Mənbə:
bakupost.az