Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı
22 Sep 2026, 20:15
2 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp, Danimarkanın və Qrenlandiyanın baş nazirləri Mette Frederiksen və Yens-Frederik Nielsen adanın təhlükəsizliyinin təmin edilməsi üzrə öhdəliklərin ABŞ-a keçməsi ilə bağlı saziş imzalayıblar.
News24.az xəbər verir ki, imzalanma mərasimi Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanıb.
Saziş Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində imzalanıb.
Bundan əvvəl Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsinə nəzarətin Vaşinqtona keçməsi ilə bağlı razılığa gəldiyini açıqlamışdı. O qeyd edib ki, ABŞ tərəfi Arktikadakı adada hərbi mövcudluğunu dərhal artırmağa başlayacaq.
Mənbə:
news24.az