Cəmiyyət

Bu ərazilərdə yaşayanlar köçürüləcək, kompensasiya veriləcək - MƏBLƏĞ

22 Sep 2026, 21:05 2 baxış Admin
Bu ərazilərdə yaşayanlar köçürüləcək, kompensasiya veriləcək - MƏBLƏĞ

Əlicançay su anbarının tikintisi altına düşən torpaq sahələri mülkiyyətçilərinə dəyən zərər hesablanıb.

News24.az xəbər verir ki, qiymətləndirmə nəticəsində kompensasiya məbləği müəyyən olunub.

Dəyən zərərə görə ümumilikdə 471 min 811 manat ödənişin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qiymətləndirmənin aparılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” tərəfindən “Açar Qiymətləndirmə Mərkəzi” MMC-yə həvalə olunub.

Xatırladaq ki, Əlicançay su anbarı Oğuz və Şəki rayonları ərazisində tikilir. Su anbarının istismara verilməsi nəticəsində əvvəl 12 kəndin, daha sonra ətraf yaşayış məntəqələrinin içməli su problemlərinin tam aradan qaldırılması mümkün olacaq və 34 min hektar dəmyə ərazidə yerləşən əkin torpaqlarının suvarılması təmin ediləcək.

ADSEA su anbarının tikintisinə Prezident İlham Əliyevin “Əlicançay su anbarının tikintisi haqqında” 2023-cü il 28 iyul tarixli Sərəncamına əsasən başlayıb. Anbarın yaradılmasında əsas məqsəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su ehtiyatlarının artırılması və dağ çaylarından gələn suların toplanmasıdır.

Əlicançay su anbarının ümumi su tutumu 108 milyon kub, çay hövzəsində qurulan bəndin uzunluğu 314,74 metr, hündürlüyü isə 49 metrdir.

Anbar tikilib istifadəyə verildikdən sonra Şəki və Qax ərazisində 3483 hektar əkin sahəsinin su təminatı yaxşılaşacaq, o cümlədən 29517 hektar yeni torpaq sahəsi su ilə təmin olunacaq. (Ölkə.az)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər