Cəmiyyət

Türkan Hacıyevaya vəzifə verildi - FOTO

22 Sep 2026, 19:45 1 baxış Admin
Türkan Hacıyevaya vəzifə verildi - FOTO

Vəkillər Kollegiyasının keçmiş üzvü, “Ədalət” Vəkil Bürosunun vəkili olmuş Türkan Hacıyeva təltif edilib.


"Bakupost" Teleqraf-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini vəzifəsinə təyin olunan Türkan Muxtar qızı Hacıyeva Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin 22 sentyabr 2026-cı il tarixində keçirilən iclasına dəvət edilib.
O, VK-da müasir texnologiyaların tətbiqi ilə bağlı verdiyi töhfəyə görə Kollegiyanın Rəyasət Heyətinin Fəxri Fərmanı və hədiyyə ilə təltif olunub.
İclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Türkan Hacıyevanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Türkan Hacıyevanın VK-nın ictimai fəaliyyətinə verdiyi töhfələrdən danışan sədr onun peşəkar fəaliyyətində qazandığı təcrübənin yeni vəzifəsində də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.
Türkan Hacıyeva göstərilən diqqət və yüksək qiymətləndirməyə görə VK rəhbərliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Türkan Hacıyeva 2018-ci ildən Kollegiyanın üzvü olub. Eyni zamanda o, VK-nın müasir texnologiyaların tətbiqi ilə yanaşı, Biznes Hüququ Komitəsinin fəaliyyətində fəal iştirak edərək müxtəlif təşəbbüslərin həyata keçirilməsinə də töhfələr verib.
Türkan Hacıyeva Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, Avstriyanın Vyana Universitetində isə Beynəlxalq Biznes Hüququ ixtisası üzrə magistr təhsili alıb.

Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər