Dünya

“Coca-Cola” ilə bağlı qərar verildi

22 Sep 2026, 17:23 1 baxış Admin
“Coca-Cola” ilə bağlı qərar verildi

Moskva Arbitraj Məhkəməsi ABŞ-ın içki istehsalçısı “The Coca-Cola Company” şirkətinin iddiasını təmin edib.

News24.az-ın məlumatına görə, məhkəmə Cənubi Osetiyada qeydiyyatdan keçmiş “Coca-Cola Company” MMC-yə korporativ adında “Coca-Cola” ifadəsindən istifadə etməyi qadağan edib.

Qərarın icra edilməməsi halında şirkət hər gecikdirilən gün üçün 1 000 rubl cərimə ödəməlidir. Bu məbləğ iddiaçının tələb etdiyi cərimədən 20 dəfə azdır.

Şirkətin nümayəndəsi məhkəmədə bildirib ki, bazarda saxta “Coca-Cola” məhsulları aşkarlanıb. Məhsulun etiketində istehsalçı kimi Novosibirskdə qeydiyyatdan keçmiş “PKV” şirkəti, istehsalçı müəssisə kimi isə Cənubi Osetiyada qeydiyyatdan keçmiş “Coca-Cola Company” MMC göstərilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər