Bu bölgədəki “prezident seçkiləri”ni tanımırıq” - XİN
22 Sep 2026, 19:09
1 baxış
Admin
Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nə dair bəyanat yayıb.
“Bakupost” XİN-ə istinadən xəbər verir ki, bəyanatda Azərbaycanın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi bir daha təsdiqlənib.
“Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin onların nəticələrini tanımırıq”, – bəyanatda vurğulanıb.
Xatırladaq ki, Cənubi Osetiyada qondarma “prezident seçkiləri” 18 sentyabr 2026-cı ildə keçirilib.
Mənbə:
bakupost.az