Cəmiyyət

Xalq artisti evə buraxıldı

17 Sep 2026, 15:34 1 baxış Admin
Xalq artisti evə buraxıldı

Xalq artisti Şükufə Yusupova evə buraxılıb.
"Bakupost" bildirir ki, bu barədə “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, aktrisanın müalicəsi evdə davam etdiriləcək:
“Avqustun 25-də Yeni Klinikaya hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxsə (qadın) zəruri tibbi xidmət göstərilib və stasionar müalicəsi yekunlaşıb. Pasiyent 16 sentyabrda ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, avqustun 22-si 72 yaşlı aktrisa yolu keçərkən avtomobillə vurulub. Dərhal hospitalizasiya edilən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin olunmuşdu.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər