Dünya

İranın vitse-prezidenti xalqdan üzr istədi

17 Sep 2026, 14:36 2 baxış Admin
İranın vitse-prezidenti xalqdan üzr istədi

İranın vitse-prezidenti Məhəmmədrza Arif ölkədə bahalaşma və əhalinin gəlirləri ilə xərcləri arasındakı fərqlə bağlı xalqdan üzr istəyib.

News24.az xəbər verir ki, Arif hazırda İranın ən ciddi problemlərindən biri bahalaşma olduğunu bildirib.

Onun sözlərinə görə, bu problemin həlli üçün yalnız bir neçə rəhbərin qərarı kifayət etmir və məsələ ilə bağlı ekspertlər və alimlər arasında ümumi razılıq əldə olunmalıdır.

Vitse-prezident xüsusilə maaşla dolanan insanların vəziyyətinə diqqət çəkib: “Biz həqiqətən xalqımızdan üzr istəyirik. Xüsusilə də maaşla dolanan insanların gəlir və xərclərinin bir-birini qarşılamamasından utanırıq”.

Arif qeyd edib ki, yüksək inflyasiya şəraitində maaşların 5 və ya 20 faiz artırılması insanların xərclərini qarşılamaq üçün kifayət etmir.

O bildirib ki, hazırkı vəziyyətdə gələcək nəsilləri borclandırmaq və təbii sərvətləri tükətmək də düzgün yanaşma deyil.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər