Cəmiyyət

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

17 Sep 2026, 13:54 2 baxış Admin
Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür.
"Bakupost" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir. Bu kontekstdə, əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir, o cümlədən gənclər siyasəti ilə bağlı tədbirlər çərçivəsində”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər