Hər gecə enerji içkisi içdi, reanimasiyalıq oldu
17 Sep 2026, 13:51
3 baxış
Admin
Rusiyanın Saratov vilayətində 18 yaşlı gənc enerji içkisinin qurbanı olub.
News24.az xəbər verir ki, o, oyun oynayarkən hər gecə ard-arda enerji içkisi qəbul edib.
Səhər isə evində evində huşunu itirərək yıxılıb.
Xəstəxanaya çatdırılan18 yaşlı oğlan reanimasiyaya yerləşdirilib. Həmin an böyrəkləri sıradan çıxmaq üzrə olub.
O, 12 gün sonra evə buraxılıb. Həkimlər ona enerji içkilərindən, qazlı və şəkərli içkilərdən, həmçinin qızardılmış və yağlı qidalardan uzaq durmağı tapşırıblar.
Mənbə:
news24.az