"BakuBus" sürücüləri avtobus zolağını bəyənməyib yarışa çıxdılar
15 Sep 2026, 12:49
8 baxış
Admin
Bakıda avtobus sürücülərinin kobud qayda pozuntusunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
"Bakupost" Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın 8 Noyabr prospektində qeydə alınıb.
Belə ki, "BakuBus"a məxsus 67208 və 67142 eyniləşdirmə kodlu avtobusların sürücüləri hərəkət zamanı bir-biri ilə yarışa çıxıblar.
Görüntülərdən aydın olur ki, hərəkətdə olan avtobusların ikisi bir-biri ilə yarışa çıxıb. Bu zaman onlar manevr qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradıblar.
Mənbə:
bakupost.az