Dünya

ABŞ kosmosda nüvə yarışını başladır

14 Sep 2026, 16:09 13 baxış Admin
ABŞ kosmosda nüvə yarışını başladır

ABŞ 1965-ci ildən sonra ilk dəfə kosmosa nüvə reaktoru göndərməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, “Antares” şirkəti ABŞ Kosmik Qüvvələrindən aldığı 161 milyon dollarlıq maliyyə ilə hərbi peyklər üçün nüvə enerji sistemləri hazırlayacaq.
Şirkətin “R1-S” mikroreaktoru əvvəlcə Yer üzündə sınaqdan keçiriləcək, daha sonra kosmik uçuş üçün hazırlanacaq. Nüvə enerji sistemi kosmik aparatlar üçün uzun müddət fasiləsiz elektrik enerjisi təmin edə bilər.
“Antares”in digər reaktoru “Mark-1”in isə 2027-ci ildə keçiriləcək nümayiş missiyasında istifadə edilməsi planlaşdırılır.
ABŞ sonuncu dəfə 1965-ci ildə “SNAP-10A” adlı nüvə enerji sistemini kosmosa göndərmişdi. Yeni layihənin əsas məqsədi xüsusilə yüksək və davamlı enerji tələb edən hərbi kosmik sistemləri təmin etməkdir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər