ABŞ-də 39 milyon insana daşqın xəbərdarlığı edildi
13 Sep 2026, 14:23
14 baxış
Admin
ABŞ-ın şərqində təxminən 39 milyon insan güclü yağışların səbəb ola biləcəyi daşqınlarla bağlı xəbərdar edilib.
News24.az xəbər verir ki, "NBC News"un məlumatına görə, Milli Hava Xidməti Merilend, Pensilvaniya, Delaver, Nyu-Cersi, Konnektikut və Nyu-York ştatlarının bəzi bölgələrində ani daşqın riski barədə xəbərdarlıq yayıb.
Nyu-York şəhərində güclü yağışlara qarşı müvəqqəti sığınacaqlar yaradılıb. Zirzəmilərdə yaşayan sakinlərə isə gecəni daha yüksək ərazilərdə keçirmələri tövsiyə olunub.
Mənbə:
news24.az