Dünya

Zelenski Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı təzyiqdən danışdı

12 Sep 2026, 22:35 14 baxış Admin
Zelenski Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı təzyiqdən danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın fikrincə, ölkəsinə tez-tez NATO-ya üzv olmayacağına zəmanət verən şərtlər təklif edilir.


"Bakupost" xəbər verir ki, siyasətçinin sözlərini Ukraynanın “Strana.ua” nəşri yayıb.
“Ukraynanın NATO-ya üzv olub-olmayacağını bilmirik. Münaqişə başa çatdıqdan sonra mümkün qədər etibarlı təhlükəsizlik zəmanətləri əldə etmək üçün bütün səylərimizi göstərəcəyik. Əsas vəzifə müharibəni dayandırmaq və onun yenidən başlamayacağına dair zəmanətlər əldə etməkdir”, – deyə nəşr dövlət başçısının Kanadada Ukrayna diasporu ilə görüşü zamanı söylədiyi sözləri sitat gətirib.
Məqalədə həmçinin Ağ Ev nümayəndələrinin sülh təşəbbüsləri ilə Moskva və Kiyevə səfər etmələri xatırladılıb.
Nəşrin fikrincə, Zelenskinin açıqlamasından belə qənaətə gəlmək olar ki, həmin təşəbbüslər çərçivəsində Ukraynanın Şimali Atlantika Alyansına üzvlükdən imtina etməsi tələbi də səsləndirilib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər