Dünya

Peskov: “Dünya Avropa və ABŞ-dən ibarət deyil”

12 Sep 2026, 20:49 16 baxış Admin
Peskov: “Dünya Avropa və ABŞ-dən ibarət deyil”

Dünya Avropa və ABŞ ölkələri ilə məhdudlaşmır. Qlobal çoxluq – həm cənubda, həm də şimalda yerləşən ölkələr – daha geniş və zəngin bir məkandır.


"Bakupost" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RT-yə açıqlamasında bildirib.
“Bunlar müxtəlif ölkələr, müxtəlif güclər, müxtəlif iqtisadiyyatlar və problemlərə fərqli yanaşmalardır. Əlbəttə, Rusiya bu müxtəlifliyi alqışlayır”, – Kremlin nümayəndəsi vurğulayıb.
Peskovun sözlərinə görə, Rusiya hesab edir ki, gələcək yeknəsəqlikdə deyil, müxtəliflikdədir.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər