Dünya

Yaponiyada keçirilən atletika çempionatında 28 nəfər zəhərləndi

12 Sep 2026, 19:05 15 baxış Admin
Yaponiyada keçirilən atletika çempionatında 28 nəfər zəhərləndi

Yaponiyada keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi simptomları ilə xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi xəbər verib.

Çempionat Kiotoda keçirilib. Xəstəxanaya yerləşdirilənlərin hamısı çempionatın təşkilatçılığı və texniki heyəti ilə əlaqəli olub.

İlkin məlumatlara görə, onlar lanç qutularından gələn yeməkdən zəhərləniblər. İdmançıların və tamaşaçıların kütləvi zəhərlənmədən təsirlənmədiyi vurğulanıb. (Trend)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər