Koçaryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıldı
Ermənistanın sabiq prezidenti Robert Koçaryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
News24.az xəbər verir ki, bu barədə müxalifətçi deputat Anna Qriqoryan məlumat verib.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.
Xatırladaq ki, səhər saatlarında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları sabiq prezidentin oğlu Levon Koçaryanın evində əməliyyat keçiriblər.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Levon Koçaryanın evində axtarış aparılması ilə bağlı məlumatı təsdiqləyib.
“Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsində korrupsiya cinayətləri ilə bağlı aparılan cinayət işi çərçivəsində bir neçə ünvanda axtarış və digər prosessual hərəkətlər həyata keçirilir”, – deyə komitənin mətbuat katibi Marina Oqandjanyan bildirib.
Komitədən bildirilib ki, zərurət yaranarsa, əlavə məlumat veriləcək.