İrandan ABŞ-yə razılaşma mesajı
25 Aug 2026, 13:30
2 baxış
Admin
İran ABŞ-dən razılaşma memorandumunda nəzərdə tutulan şərtlərin həyata keçirilməsi üçün konkret addımlar atmasını istəyib.
“Bakupost” xəbər verir ki, İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Möhsün Rzayi ABŞ-nin davranışını dəyişməli və memorandumda yer alan şərtlərin icrası istiqamətində konkret addımlar atmalı olduğunu bildirib.
Rzayi ABŞ-yə qarşı etimadsızlığın davam etdiyini vurğulayıb. O, həmçinin Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib.
Pakistan Baş Qərargah rəisi Asim Münir isə İslamabadda əldə olunan razılaşmanın imzalanması üçün Pakistanın səylərini davam etdirdiyini bildirib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az