Cəmiyyət

Bakı bulvarında dəhşət: 10 yaşlı qızın kəməri bağlanmadan attraksion

25 Aug 2026, 12:51 2 baxış Admin
Bakı bulvarında dəhşət: 10 yaşlı qızın kəməri bağlanmadan attraksion

Bakı bulvarında 10 yaşlı qızın mindiyi attraksion təhlükəsizlik kəməri bağlanmadan işə salınıb.
“Bakupost” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.
Hadisənin qızının başına gəldiyini deyən valideyn bildirib ki, yelləncək hərəkətə başladıqdan sonra təhlükəsizlik kəmərinin bağlanmadığını görüb. O, qışqıraraq yelləncəyin dayandırılmasını tələb edib və bundan sonra attraksion saxlanılıb.
Valideyn hadisədən sonra 102 xidmətinə müraciət etdiyini bildirib:
“10 yaşlı qızımın kəməri bağlanılmadan yelləncək işə düşdü. Mən qışqırdım, dayandırdılar. Amma çox həyasız nəzarətçi var idi. Sübut edə bilmədim. Əlim-ayağım əsir. 102-yə zəng etmişəm, gözləyirəm”.
Lalə, BakuPost

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər