Digər

“TikTok”a 400 milyon dollarlıq zərbə

25 Aug 2026, 13:13 3 baxış Admin
“TikTok”a 400 milyon dollarlıq zərbə

“TikTok”və onun ana şirkəti “ByteDance”uşaqların onlayn məxfiliyinin qorunması ilə bağlı ABŞ Ədliyyə Nazirliyi ilə 400 milyon dollarlıq razılaşmaya gedib.
“Bakupost” xəbər verir ki, razılaşma “TikTok “və “ByteDance”in Uşaqların Onlayn Məxfiliyinin Qorunması Aktına uyğunluğu ilə bağlı məhkəmə işi üzrə əldə olunub.
Razılaşmaya əsasən, “TikTok” 300 milyon dollar ödəyəcək. Daha 100 milyon dollar isə şirkətin sələfi “Musical.ly” ilə bağlı əvvəlki qərarın ləğvindən sonra ödəniləcək.
ABŞ Ədliyyə Nazirliyi 400 milyon dollarlıq razılaşmanın uşaqların onlayn məxfiliyinin qorunması ilə bağlı işlər üzrə ən yüksək məbləğlərdən biri olduğunu bildirib.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər