Dünya

Fransada liseylərdə mobil telefonlara qadağa qoyuldu

24 Aug 2026, 21:32 3 baxış Admin
Fransada liseylərdə mobil telefonlara qadağa qoyuldu

Fransada yeni tədris ilindən etibarən liseylərdə mobil telefonlardan istifadə qadağan ediləcək.

News24.az-ın məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron bildirib ki, uşaqları ekranların mənfi təsirlərindən qorumaq üçün bu addımı daha da gecikdirmək olmaz.

Yeni qayda sentyabrın 1-dən qüvvəyə minəcək. Qərara əsasən, şagirdlər liseylərdə mobil telefonlardan istifadə edə bilməyəcəklər.

Qeyd edək ki, Fransada ibtidai və orta məktəblərdə mobil telefon istifadəsinə məhdudiyyətlər 2018-ci ildən tətbiq olunur. Yeni qərarla bu qaydalar liseylərə də şamil ediləcək.

Qanun Fransa Milli Məclisi və Senat tərəfindən qəbul edilib, Konstitusiya Şurası tərəfindən də təsdiqlənib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər