Netanyahu canlı yayımda açıqladı: İran oğluma qarşı sui-qəsdə cəhd edib
24 Aug 2026, 22:50
3 baxış
Admin
İsrailin Baş naziri Benyamin Netanyahu İranın oğullarından birinə qarşı sui-qəsdə cəhd göstərdiyini açıqlayıb.
"Bakupost" xəbər verir ki, Baş nazir İsrailin "Channel 14" telekanalında canlı yayımda hərbi müxbiri Noam Amirin suallarını cavablandırarkən deyib.
"Bu, inanılmaz bir hadisədir. İran oğullarımdan birini hədəf aldı. İran onu öldürməyə çalışdı", - deyə Netanyahu bildirib.
Mənbə:
bakupost.az