Dünya

ABŞ Suriyanı bu siyahıdan çıxardı

24 Aug 2026, 23:42 2 baxış Admin
ABŞ Suriyanı bu siyahıdan çıxardı

ABŞ Suriyanı rəsmi olaraq “terrorizmi dəstəkləyən ölkələr” siyahısından çıxarıb.

News24.az -ın məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, qərar Prezident Donald Trampın Suriya siyasəti çərçivəsində qəbul edilib.

Bundan əlavə, “Heyət Təhrir əş-Şam” (HTŞ) təşkilatının “Xüsusi Təyin Olunmuş Qlobal Terror Təşkilatı” statusunun ləğv edildiyi açıqlanıb. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) HTŞ-ni sanksiya siyahısından da çıxarıb.

Qeyd edək ki, ABŞ Suriyanı 1979-cu ildə “terrorizmi dəstəkləyən ölkələr” siyahısına daxil etmişdi. Hazırda həmin siyahıda İran, Kuba və Şimali Koreya qalır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər